654f090a5f66c202311235434
Vəndam qəbristanlığından QƏRİBƏ OĞURLUQ - FOTO/VİDEO

Qəbələnin Vəndam qəsəbəsinin Qozlu məhəlləsində olan qəbristanlığın kənarındakı metal hasarlar oğurlanıb.

Buna görə də mal-qara içəri daxil olaraq qəbirlərə ziyan vurur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər dəmir hasarların oğurlanmasından və mal-qaranın qəbirlərə mümkün ziyanından narahatdır.


Məsələ ilə əlaqədar qəsəbənin bələdiyyə sədri Asif Həşimov bildirdi ki, dəmir hasarların oğurlanması ilə bağlı polisə məlumat verilməyib.

Sadəcə özləri araşdırırlar. Söz verilib ki, yaxın vaxtlarda bələdiyyə hesabına hasarlar bərpa ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


11.11.2023 08:53
541

(MGID): :
OXŞAR XƏBƏRLƏR