Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Hümbətov İlqar Vüqar oğlunun adı verilib.
Panarama.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Qarabağ müharibəsi əlilləri veteranları şəhid ailələri ictimai birliyi Xətai filialının sədri Mehman Hüseynov və Nizami filialının sədri Məhi Mehdiyev, Nizami rayonu 238 və 251 saylı, Xətai rayonu 116 nömrəli məktəbin şagird və müəllimləri iştirak edib.
Həmçinin tədbirdə idmançı Kamil Zeynallı və şəhidin ailə üzvləri iştirak ediblər. Açılış mərasimi zamanı şəhidin döyüş yolu və göstərdiyi şücaətdən danışılıb.
Allah rəhmət eləsin!