44 günlük Vətən müharibəsində şəhid olan Rəsul Həşim oğlu Sadıqovun anası Elnarə xanım vəfat edib.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Bildirilib ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Xatırladaq ki, R.Sadıqov 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib.
44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il oktyabrın 10-da Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, ölümündən sonra müxtəlif medallarla təltif olunub.