64e051124548f202308232018
Vətəndaşlara XƏBƏRDARLIQ... Bunu etsəniz DYP cərimə edəcək...-Video

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur.

 

Panarama.az Referans.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı belə şəxslərə xəbərdarlıq edib.

 

Bildirilib ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edirlər. Amma bu sonradan bədbəxt hadisələrə səbəb ola bilər.Sürücülər də avtomobillərin azyaşlılara həvalə edilməsini kəskin qınayırlar.

 

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu cür faktlar yol polisi tərəfindən aşkar edildikdə, avtomobilin sahibi 60, onu idarə edən şəxs isə 100 manat məbləğində inzibati qaydada cərimə edilir.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


19.08.2023 09:17
143

(MGID): :
OXŞAR XƏBƏRLƏR