64e38780525c0202308234920
“Vətəndaşların sığorta sektoruna inamı artır” — Ekspert
Bu il sığorta üzrə daxilomalarda artım var.  

2023-cü ilin yanvar-iyul aylarında xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 milyon 721.6 min manat olub. Bu, ötən illə müqayisədə 42.5 faiz və ya 1.1 milyon manat çoxdur. Avtomobillərin icbari sığortası üzrə daxilolmalar da müqayisədə 56,6 faiz artaraq 92 milyon 644 min manata yüksəlib. Ötən ilin anoloji dövründə bu rəqəm 59 milyon 149 min manat təşkil edib. 

Sığorta üzrə ekspert İlkin İbrahimov hesab edir ki, bu göstəricini məqbul saymaq olar:

“Bu, 3 milyon 500 min manatdan daha çox məbləğ deməkdir. Hər bir halda yaxşı göstəricidir. Ötən illə müqayisədə bu ilin birinci yarısında ümumi sığorta haqları 31 faiz artıb. Bu da o deməkdir ki, sığorta sektoru dinamikdir”. 

Ekspert deyir ki, vətəndaşların sığorta sahəsinə inamı artmaqdadır. Sığortanın vacibliyinə dair aparılan maarifləndirmə tədbirləri də nəticə verir:

“Bölgələrə turlar zamanı avtobus qəzaları baş verirdi, problemlər yaşanırdı. Tur operatorlar dərk etdilər ki, səyahət sığortası aktuallaşdırılmalıdır. Daxili turizm üçün gün hesabı 5 manat civarında səyahət sığortası tətbiq edilməyə başlanıb. Vətəndaşların xaricə səfərlərinin artması, eyni zamanda tur operatorların səyahət sığortasını daha çox təklif etməyə başlaması könüllü olmasına baxmayaraq bu məsələdə həssaslığı artırıb”. //demokrat.az
21.08.2023 19:47
156

(MGID): :
OXŞAR XƏBƏRLƏR