65bb3f1b0cd9c202402245003
Vəzifəli şəxs qəzada dünyasını dəyişdi...

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb.

Goranboy rayon Todan kənd sakini Ağamalı Məmmədovun idarə etdiyi avtomobillə Gəncə sakini Samir Qarayevin sürdüyü maşın toqquşub. Nəticədə A.Məmmədovun avtomobilində olan sərnişin, 1969-ci il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qəzada həyatını itirən Şirin İbrahimov Todan Bələdiyyəsinin sədri vəzifəsində çalışırmış.

01.02.2024 10:49
726

(MGID): :
OXŞAR XƏBƏRLƏR