64da6d10a07e8202308230608
Vitamin D haqqında bilmədiklərimiz

Vitamin D yağda həll olan vitaminlər arasındadır və uyğun bir bioloji mühitdə endogen olaraq sintez edilə bilən hormondur. İnsanın sağlamlığı üçün ən vacib vitaminlərdən biridir. Orqanizm üçün lazım olan miqdarın çox az bir hissəsi (10-20%) qida ilə qəbul edilir. Bu qida məhsullarına süd və süd məhsulları, balıq, balıq yağı, qaraciyər, yumurta sarısı aiddir. Geriyə qalan əhəmiyyətli bir hissəsi (80-90%) günəş şüalarının təsirindən dəridə sintez olunur. Coğrafi mövqeyi baxımından ölkəmizdə vitamin D sintezi üçün ən uyğun vaxt May-Oktyabr aylarıdır. Gün ərzində ultrabənövşəyi şüaların daha şiddətli olduğu vaxt, saat 11:00-15:00 arasındadır. Günün bu saatlarında D vitamini sintezi üçün günəşə çıxmaq tövsiyyə olunur. Lakin , günəşdən qoruyucu kremlərin istifadəsi tövsiyə edilmir. Bu kremlər günəş şüalarının dəriyə çatmasına mane olur və sintezin qarşısını alır.

D vitaminin orqanzimdəki rolu nədir?

Ən vacib təsiri kalsium , fosfor metabolizması və sümük mineralizasiyası üzərinədir. D vitaminin aktiv metaboliti olan 1,25(OH)2 D3 -ün, yetişkinlərdə və xüsusilə uşaqlarda, serum kalsium dəyərini normada saxlamaqla, 12 barmaq bağırsaqdan kalsium, qalça bağırsaqdan isə fosforun sorulmasını artırır. Bundan əlavə böyrəklərdəki kalsium itkisinin qarşısını almaqla sümük sisteminin mineralizasiyasında aktiv rol oynayır. Orqanizmi əzələ zəifliyindən qoruyur, ürək döyüntüsünün tənzimlənməsində təsirli olur, immun sistemini gücləndirir və tiroid funksiyalarını normallaşdırır.


Vitamin D çatışmazlığı

D vitamini çatışmazlığı olan insanların əsasən şikayətləri yorğunluq, halsızlıq, sümük-əzələ və oynaq ağrıları, həddindən artıq tərləmə, dəri quruluğu, immun sistemin və metabolizmanın zəifləməsidir. Belə insanlar adətən çəki verə bilmirlər. Qanda vitamin D yoxlanılması gərəkən yüksək risk grupu sayılan insanlar:


  • Yaşlılar
  • Tünd rəngli dəri tipinə sahib olanlar
  • Obezlər (artıq çəkili insanlar)
  • Yetərli dərəcədə günəş şüası qəbul etməyənlər
  • Osteoporozlu (sümük əriməsi) xəstələri
  • Qeyri-travmatik (spontan) sınıqları olanlar
  • Osteomalyasiya
  • Malabsorbsiya sindromları
  • Xronik böyrək çatışmazlığı
  • Xronik qaraciyər xəstəlikləri
  • Hiperparatiroidiya
  • Şəkərli Diabet
  • İnsulin dirənci
  • Qalxanabənzər vəzin autoimmun xəstəlikləri
D vitamini çatışmazlığının müalicəsi

Müalicədə əsas məqsəd serum 25 (OH) D miqdarını 30-50 ng/mL səviyyəsində saxlamaqdır. 25(OH) D vitaminin miqdarı 10-20 ng/mL və daha az olan insanlarda vitamin D yükləməsi edilməlidir.

D vitamini intoksikasiyası

Nadirən rast gəlinir. Serum 25(OH) D dəyəri >150 ng/ml olmalıdır. D vitaminin intoksikasiyası hiperkalsemiya ilə nəticələnir. Bu zaman ürəkbulanma, qusma, qəbizlik, iştahasızlıq (xəstələr çəki verirlər) üzə çıxan simptomlardır.


14.08.2023 22:04
264

(MGID): :
OXŞAR XƏBƏRLƏR