66ab7650b987b202408244936
“Vosmoy” bazarında yanğın - ANBAAN VİDEO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Panarama.az xəbər verir ki, bu barərə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.



***

“8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzində yanğın başlayıb.

Panarama.az bildirir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin məlumatına görə, yanğınla əlaqədar yollarda sıxlıq yaranıb. Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Yanğının "Lotos" ticarət mərkəzində olduğu deyilir./metbuat.az 

01.08.2024 15:46
207

(MGID): :
OXŞAR XƏBƏRLƏR