666035cac81a9202406245418
Xaçmazda 11-ci sinif şagirdi bıçaqlaqdı - Cinsi orqanı kəsildi

"Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin vəziyyəti orta-stabildir".

Panarama.az xəbər verir ki, bu barədə Oxu.az-a Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur.

Xatırladaq ki, hadisə rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdləri arasında baş verib. Aydın Səfərov (şərti) sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.

05.06.2024 13:52
1773

(MGID): :
OXŞAR XƏBƏRLƏR