66386b7a2d627202405243242
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA

Xaçmazda erkən nikah qeydə alınıb. Hadisə Qusarçay kəndində qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 17 yaşlı qızın 37 yaşlı oğlanla toyu olub.

Panarama.az xəbər verir ki, Bizim.Media məsələni Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədovla dəqiqləşdirib.

Direktor əvəzi həmin məktəblinin altıncı sinifdən məktəbə gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.

Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib.

O qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb.

Onlar ailə həyatı qurmayıblar.

Faktla bağlı hazırda Xaçmaz Rayon Polis Şöbəsində zəruri araşdırmalar aparılır.

06.05.2024 09:31
280

(MGID): :
OXŞAR XƏBƏRLƏR