Xaçmazda avtomobilin körpüdən aşaraq çayın dərəsinə düşməsi nəticəsində ölənlərin sayı artıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz şəhərinin giriş hissəsində qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan BMW markalı minik avtomobili Ağçayın üzərindəki körpünün məhəccərini qıraraq çay dərəsinə düşüb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Vüsal Tahir oğlu Bayramov, sərnişinlər -1983-cü il təvəllüdlü Samir Pirverdi oğlu Mənsumov və Anar Məmmədov hadisə yerində həlak olublar.
Hadisə zamanı avtomobildə digər şəxslərin olub-olmadığını müəyyən etmək məqsədilə qəza baş verən ərazidə axtarış işləri davam etdirilir.
01:48
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, "BMW" markalı minik avtomobili rayon ərazisindən keçən "Ağçay" çayına düşüb.
İlkin məlumata görə, minik avtomobilində olan iki nəfər dünyasını dəyişib.
Hazırda onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.