Xaçmazda iki il öncə itkin düşən gözdən əlil qadının öldürüldüyü məlum oldu

Xaçmaz rayonunda iki il öncə itkin düşən gözdən əlil qadının öldürüldüyü məlum olub.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Ötən iki il ərzində itkin düşən qadının axtarışları heç bir nəticə verməyib. Lakin bu günlərdə qadının öldürülərək basdırıldığı məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.