Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.
Panarama.az bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı açıqlama verən O.Sənani evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:
"İnfarkt keçirtdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam".