Xalq artisti Simarə İmanovanın oğlu ailə həyatı qurub.
Panarama.az Kulis.az-a istinadən xəbər verir ki, xanəndə instaqramda toydan şəkil paylaşaraq, ürək sözlərini yazıb:
"Bu çıxış fərqli və özəl idi. Həyəcanı, sevinci, qüruru sözlərlə ifadə olunmayacaq qədər…Oğlum, Allah sizi xoşbəxt etsin. Bir ömürboyu sevib seviləsiniz. Sevginiz daimi, ailəniz möhkəm olsun. Xoş arzularım daima sizinlədir. Allah sizi və sevginizi qorusun".
Qeyd edək ki, S.İmanova 2001-ci ildə Mikayıl Rüstəmov adlı şəxslə ailə qurub. Onların bir oğlu və bir qızı var.