66ba8ecd49ceb202408243805
Xalq artistindən səmimi etiraf: "Qadınlığımı unutmuşam"

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı Xalq artisti, aktrisa Məleykə Əsədova olub.

İllərini sənətinə qurban verdiyini söyləyən aktrisa qeyd edib ki, bütün obrazlarını hiss edərək oynayıb.

"35 il mənə hər şeyi verdi: tamaşaçı alqışı, sevgisi, çiçəklər. Nə qədər sevgi gördüm. Amma insanın bu həyatda yaşaması üçün güvən lazımdır. Bu illər məndən insanlara qarşı güvənimi aldı", - o söyləyib.

Xalq artisti həyatındakı çətinliklərdən danışarkən vurğulayıb ki, çoxu onun həyatla mübarizəsindən xəbərsizdir:

"Övladım dünyaya gələndən çox şeyi ona qurban verirəm. Həm də valideynlərimə çox gözəl övlad olmuşam. Səhnədə də 35 illik fəaliyyətim dövründə yaxşı aktrisa olmuşam. Deyəsən, bircə qadınlığımı unutmuşam. Onu səhnəmə qurban verdim".


13.08.2024 02:30
264

(MGID): :
OXŞAR XƏBƏRLƏR