653ebfc3e81a2202310232539
"Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb..."

"Bizim bəzi müğənnilərimiz düşük, təlxək, yaltaq, yüngüldürlər, 5 manat artıq pul versinlər, görün nə hoqqadan çıxırlar".

Panarama.az xəbər verir ki, bu fikirləri bəzi sənətçi həmkarlarının yolverilməz davranışlarından danışan opera müğənnisi Ülvi Qılınc Yenicag.az-a açıqlamasında deyib.

O, səsləndirdiyi qalmaqallı fikirləri ilə şou-biznes aləmində sükutu pozub:

"Bizim bəzi müğənnilər düşük, təlxək, yaltaq, yüngüldürlər, 5 manat artıq pul versinlər, görün nə hoqqadan çıxırlar. Onları stolun üstünə çıxarıb rəqs etdirirlər, stolun altında oynadırlar. Özüm dəfələrlə bunun şahidi olmuşam.

Xalq artistləri olub ki, dalına bir təpik vurublar. Bir bağ var idi, bütün müğənniləri o bağa yığıb, istədikləri kimi oynadıblar, hətta yerə uzadıblar. Deyiblər, "müəllim" belə istəyir. Aralarında Xalq artistləri də olub.

Təəssüf ki, bu gün sənət aləmini o biri aləmlə - Amsterdamın bir küçəsi var e, ora ilə qarışdırıblar. Ona görə də bu müğənnilərin hörməti olmur. Nə qədər ki həqiqi sənətkarlar ortaya çıxmayacaq, müğənnilərə də hörmətlə yanaşmayacaqlar".


30.10.2023 00:24
2968

(MGID): :
OXŞAR XƏBƏRLƏR