Lokal antiterror tədbirləri nəticəsində işğaldan azad edilən Xankəndi şəhərində yerləşən futbol stadionunun tribunalarında söküntü işlərinə başlanılıb.
Panarama.az “Ölkə.az”-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Belə ki, stadionun tribunalarında qondarma rejimin “bayrağı” rənglərində olan oturacaqlar yeniləri ilə əvəzlənəcək. Hazırda söküntü işləri davam edir.
Qeyd edək ki, noyabrın 8-də Zəfər paradı Xankəndi şəhərində təşkil ediləcək.