66a3458cd8666202407244324
Xarici universitetlərə attestatla qəbul olan tələbələr Azərbaycandakı ali məktəblərə köçürülə bilərlər VIDEO

Bu gündən tələbələrin köçürülməsinə başlanılır.

Xezerxeber.az-ın məlumatına görə, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr iyulun 31-i saat 18:00-dək portaldan  qeydiyyatdan keçə bilərlər.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov deyib ki, Türkiyədə və yaxud digər ölkələrdə attestatla ali məktəbə qəbul olunan tələbələrin Azərbaycandakı ali təhsil ocaqlarına köçürülməsi də mümkündür. Bunun üçün həmin tələbələr iki meyara uyğun gəlməlidirlər.

Agentlik rəsmisi əlavə edib ki, xaricdə təhsil alan gənclərin böyük əksəriyyəti dövlət sifarişi əsasında oxumadıqları üçün onlar köçürülmə zamanı ödənişli əsaslarla təhsil alacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


26.07.2024 10:41
325

(MGID): :
OXŞAR XƏBƏRLƏR