Qalmaqallı müğənni Xatirə İslam efirə açıq-saçıq geyimdə çıxıb.
Panarama.az xəbər verir ki, Zaur Kamalın ARB kanalında yayımlanan "Həmin Zaur" verilişinə qatılan müğənni şəffaf libası ilə diqqət çəkib.
Verilişdə onunla yanaşı Rüfət Axundov da olub.
Müğənninin açıq-saçıq geyimi birmənalı qarşılanmayıb, Xatirə İslam dekoltesinə görə tənqid edilib.
Geyimi barədə sosial şəbəkədə paylaşım edən müğənni şəklə "Bəzən efirdə reklam arası elə problemlər yaşanır ki, cavab verməkdə olmur, verməmək də. Lazım olan adamın anında cavabını verməyəndə şəkillərdə belə aqressiyalı görünürəm. Dostlarımın olduğu yerdə lazım olanda susuram. Hər şey qurban olsun sizə. Məni yalnız sığal çəkərək susdurmaq olar, səs qaldırmaqla deyil. Mənim ağzımı açmayaq məncə. Çox şey danışa bilərəm" şərhini yazıb./milli.az