Xərçəngin ən çox yayılmış gizli əlamətlərindən biri əsassız kilo itkisidir.
Panarama.az redaktor.az-a istinadən xəbər verir ki, Bu barədə "Lent"ru-ya onkoloq, kimyaterapevt, tibb elmləri namizədi Anton İvanov "Gazeta.Ru"ya müsahibəsində bildirib.
Onkoloji cərrah qeyd etdi ki, patologiyanın inkişafını göstərən daxili dəyişiklikləri fərq etmək daha çətindir. İlk növbədə mədə-bağırsağın işinə diqqət yetirməyi tövsiyə etdi. İştahsızlıq, səbəbsiz kilo itkisi, səbəbsiz ürəkbulanma və nəcisin pozulması xərçəng xəstəliyini göstərə bilər.
Həmçinin, İvanov uzun öskürək və bəlğəmdə qanı xərçəngin həyəcan verici əlamətləri ilə əlaqələndirdi.
"Əlbəttə ki, bütün bu əlamətlər xərçəngin varlığını mütləq göstərmir, lakin uzun müddət keçmirsə, bütün riskləri aradan qaldırmaq üçün həkimə müraciət etməlisiniz",- deyə həkim vurğuladı.