İlkin məlumata görə, yerli vaxtla saat 03:47-də Xəzər dənizində 4 maqnitudada zəlzələ qeydə alınıb.
Panarama.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, sentyabrın 14-də də Xəzərdə 3,1 maqnitudalı zəlzələ baş verib.