Xəzər dənizinin Şabran rayon sahillərində iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.
Panarama.az bildirir ki, “Report”un Şimal bürosunun məlumatına görə, onlardan biri xilas ola bilib.
Lakin Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.