64d9df0ebdf1e202308230014
Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb

Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb.

Panarama.az  BAKU.WS-ə istinadən  bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

14.08.2023 11:55
302

(MGID): :
OXŞAR XƏBƏRLƏR