Aparıcı Xoşqədəm Hidayətqızı təhdid edilir.
Panarama.az OLAY-a istinadən yazır ki, bu barədə aparıcı özü "Səni axtarıram" verilişində deyib.
O, Zemfira adlı qadının qızı Sevdanın tapılması üçün verilişə müraciət etdiyini və axtarış zamanı təhdid olunduğunu açıqlayıb.
"Mənim jurnalistlik fəaliyyətimə maneələr var. Rəsmi şəkildə verilişə müraciət edilib" - deyə X.Hidayətqızı bildirib.