Ən çox istehlak edilən meyvələrindən biri də üzümdür. Üzümün suyu da özü kimi faydalıdır.
Panarama.az üzüm suyunun faydalarını təqdim edir:
Yaşıl üzümün tərkibində B1, B2, dəmir, maqnezium, fosfor kimi vitaminlər var. Üzümün bu növündən üzüm suyu, üzüm sirkəsi, doşab hazırlanır.
Qara üzüm isə qan azlığını aradan qaldırır, tumları və qabıqları istehlak edildiyində maddələr mübadiləsini sürətləndirir, orqanizmi viruslardan təmizləyir. Eyni zamanda xərçəngə yoluxma riskin də azaldır.
Gün ərzində 2 dəfə səhər yeməyindən 2 saat sonra və axşam yeməyindən 1 saat əvvəl 2-3 ədəd qara üzümü əzərək istehlak edin. Hazırlanan qarışımı 10 gün müddətində istifadə edə bilərsiniz.
Bütün bunlardan əlavə yaddaşı gücləndirir, altseymer xəstəliyinə tutulma riskini azaldır, həzm sistemini tənzimləyir, süd vəzi xərçəngindən qoruyur.
Xüsusilə üzüm qurusu (kişmiş) beyin inkişafına müsbət təsir göstərir. Antioksidant baxımından zəngin olan üzüm suyundan gün ərzində bir stəkan istehlak edilərsə süd vəzi xərçənginin yaranma riskini azalar.
C vitamini ilə zəngin olan bu meyvədən üz baxımı maskalarında da geniş istifadə olunur./saglamolun.az