Bu içkini içməklə beyin funksiyaları sürətlənir, yaddaş, görmə və eşitmə yaxşılaşır.
Əsas tərkib hissəsi təzə xren bitkisidir. C vitamini, kalium, B1, B2, B6 vitaminləri, dəmir, maqnezium və fosforla zəngindir. Maddələr mübadiləsini sürətləndirir, yorğunluğu azaldır və eyni zamanda mədədə faydalı bakteriyaların inkişafını stimullaşdırır.
Panarama.az resepti təqdim edir:
▫️125 qr xren
▫️4 limon.
▫️3 xörək qaşığı bal
▫️2 xörək qaşığı darçın
▫️1 kiçik dilim zəncəfil
Xren və zəncəfil blenderdə qarışdırılır. Limon suyunu sıxıb blenderə əlavə edin. 2-3 dəqiqə qarışdırın. 3 yemək qaşığı bal və 2 yemək qaşığı darçın əlavə edin. Şərbət alınana qədər hamısını qarışdırın. Bir qaba tökün.
3 həftə ərzində gündə 2 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edirik. Sonra bir neçə gün ara verin və təkrarlayın./sağlamolun.az