Rumıniyanın Dimbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış baş verib.
Panarama.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.
Hadisə nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayış təhlükəsi qalmaqdadır.
Hakimiyyət orqanları təxminən 300 metr radiusda əhalini təxliyə edib.