64e2fdfc0bdd0202308230236
Yanmış "Ferrari" fantastik məbləğə satıldı - FOTO

ABŞ-da keçirilən hərracda köhnə "Ferrari" yarış avtomobilinin yanmış hissələri təxminən 2 milyon dollara satılıb.

Panarama.az BAKU.WS-ə istinadən bildirir ki, xarici mətbuatda verilən məlumata görə  maşın 1960-cı illərdə yarış zamanı yanıb və onilliklər ərzində toxunulmaz qalıb.

Avtomobil "Ferrari"nin ilk yarış sürücüsü Franko Kortese tərəfindən də istifadə edilib.

Təhlilçilərin sözlərinə görə, yeni alıcı yarışlarda iştirak etmək üçün onu bərpa etmək istəyə bilər.

Sözügedən avtomobilin gövdəsini dizayner Pinin Farina hazırlayıb.

Dünyada yalnız 13-ü istehsal edilən modeli digər 12 avtomobildən fərqləndirən xüsusiyyət qatılacağı yarışlardan əvvəl köhnə mühərrikin çıxarılaraq 8 silindrli mühərriklə əvəzlənməsidir.

"Ferrari" dəfələrlə qəzaya uğrayıb və yanğına məruz qalıb.

Avtomobil 1978-ci ildə onu zədələnmiş vəziyyətdə saxlayan ABŞ kolleksiyaçısı tərəfindən alınıb.

21.08.2023 10:00
228

(MGID): :
OXŞAR XƏBƏRLƏR