64e46f7e1d456202308231910
Yardımlıda yol-nəqliyyat hadisəsi : ÖLƏN VƏ YARALANAN VAR
Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

Hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1966-cı il təvəllüdlü Zeynalov İlqar Əhmədağa oğlu idarə etdiyi "UAZ" markalı minik avtomobillə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri - Zeynallı Seymur Elxan oğlu və Zeynallı İsmət Etibar oğlu xəsarətlər alıb. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
22.08.2023 12:17
170

(MGID): :
OXŞAR XƏBƏRLƏR