Yaşadığı evdə qeydiyyatda olmayanların nəzərinə – Tələsin, əks halda…
23 May 2025
Azərbaycanda minlərlə insan faktiki yaşadığı evdə rəsmi qeydiyyatda deyil. Bu vəziyyətin əsas səbəbləri evlərin kupçasız olması, ev sahiblərinin qeydiyyata icazə verməməsi və ya kirayə münasibətlərinin qeyri-rəsmi qurulmasıdır. Qeydiyyatsız yaşayan şəxslər isə bir sıra hüquqi və sosial çətinliklərlə üzləşirlər.
Bunlar nələr ola bilər?
Panarama.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov deyib ki, bu məsələ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunla tənzimlənir:
“Qanuna əsasən, insanların qeydiyyatda olduğu və faktiki yaşadığı yer mövcuddur. Bura həm azərbaycanlılar, həm əcnəbilər, həm də vətəndaşlığı olmayan şəxslər daxildir. Yaşayış yerini dəyişən vətəndaşlar 60 gündən artıq yaşayacaqları yer haqda 7 iş günü ərzində müraciət edib qeydiyyata düşməlidirlər. Çünki bu, həmin adamın daimi yaşadığı yeri dəyişməsi deməkdir. Qeydiyyatda olmayan şəxslər isə şəxsiyyət vəsiqəsi ala bilməzlər”.
Hüquqşünas əlavə edib ki, müvəqqəti qeydiyyata düşmək həmin adamın özünə lazımdır:
“Çünki bir çox xidmətlərdən ancaq yaşayış yeri üzrə bəhrələnmək mümkündür. Məsələn, hansısa arayışın alınması, tibbi və digər xidmətlər. Əgər insan həmin yerdə qeydiyyatda deyilsə, bu xidmətlərdən istifadə eləyə bilmir. Yaşayış yerini dəyişən şəxs yeni yaşayış yerində kirayə müqaviləsi və ya mülkiyyətçinin razılığı əsasında qala bilər. Belə halda, müvafiq icra hakimiyyətinə sənəd təqdim etməlidir. Təəssüf ki, insanlar yaşayış yerlərini dəyişdikdə, bu məsələləri önəmsəmirlər. Bu da çox ciddi problemlərə gətirib çıxarır. Hüquqi baxımdan pozuntulara yol verirlər. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, qanunun pozulması halında həmin şəxslərə xəbərdarlıq olunur və 30 manat civarında cərimə tətbiq edilir”.

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Xəbər Lenti
Tanınmış azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO
19.07.2025 13:02
Cəmiyyət
Dörd BÜRC iyul və ya avqust aylarında gözlənilməz böyük pullar alacaqlar
19.07.2025 09:49
İnanc
Əməkdar artistin bu sözlərinə görə "Xəzər TV"yə xəbərdarlıq edildi... VİDEO
18.07.2025 20:47
Cəmiyyət
Bu tarixə qədər Azərbaycanda dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
18.07.2025 18:48
Cəmiyyət
Bakıda yolda lüt gəzən gənc saxlanıldı
18.07.2025 12:19
Cəmiyyət
"Zirə"nin futbolçusu faciəli şəkildə DÜNYASINI DƏYİŞDİ
18.07.2025 06:24
Hadisə
Azərbaycanlı müğənni vəfat etdi - FOTO
17.07.2025 22:25
Cəmiyyət
Sabaha rekord dərəcədə İSTİ
17.07.2025 14:05
Cəmiyyət
Kənan M.M.-i məhkəməyə verir - FOTO
17.07.2025 12:10
Cəmiyyət
Klinika rəhbəri xanımını niyə vurub? - DETALLAR
17.07.2025 08:17
Hadisə