6573343882717202312232024
Yaşar Əliyev vəfat etdi - FOTO

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev 75 yaşında vəfat edib.

Panarama.az report-a istinadən xəbər verir ki, tanınmış diplomat bu gün axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.

Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Həmçinin Azərbaycanın Çindəki (2002-2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

Xatırladaq ki, Y.Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.

08.12.2023 19:19
2788

(MGID): :
OXŞAR XƏBƏRLƏR