Dərinin qocalmasında genetika aparıcı rol oynayır, lakin bu prosesdə digər amillər də təsirlidir.
Panarama.az xəbər verir ki, bu sözləri kosmetoloq Tatyana Yeqorova Lenta.ru-ya danışıb.
"Daha tünd dəri tonuna sahib olmaq istəyirsinizsə, isti havadan sui-istifadə etməməlisiniz, çünki günəş yanığı dərinin sürətli qocalmasına kömək edir. Günəş şüaları həmçinin dehidrasiya prosesini və toksinlərin yaranmasını sürətləndirir.
Dərinizin gəncliyini uzatmaq istəyirsinizsə, o zaman qidalanmaya nəzarət etmək çox vacibdir. Yağlı, qızardılmış, ədviyyatlı, hisə verilmiş, şirin və spirtli içkilər dərinin qocalmasını əhəmiyyətli dərəcədə sürətləndirir. Onları rasiondan uzaqlaşdırın. Siqaret, yuxusuzluq və böyük şəhərlərdə həyat da pis təsir göstərir", - həkim yekunda vurğulayıb.