64d9cfeb0c83b202308235539
Yaşlı insanlarda immun sistemi niyə pozulur? - SƏBƏB

ABŞ-ın Virciniya Universitetinin Tibb Fakültəsinin alimləri müəyyən ediblər ki, yaşlandıqca bəzi immun hüceyrələrində kalsium mübadiləsinin pozulması səbəbindən enerji istehsal etmək qabiliyyəti azalır.

Panarama.az Konkret.az-a  istinadən xəbər verir ki, tədqiqat “Nature Aging” jurnalında dərc olunub.

Məlumata görə, bu prosesə yönəlmiş dərmanlar qocalma və əlaqəli xəstəliklərlə mübarizə aparmağa kömək edə bilər.

Qeyd edək ki, mitoxondrilərin əsas funksiyası universal enerji mənbəyi olan ATF sintez etməkdir. Mitoxondriləri xloroplastlarla birlikdə hüceyrənin “güc mərkəzləri” adlandırırlar. Hüceyrələrdə mitoxondrilər ikiyə bölünməklə çoxalır və öz funksiyalarını yerinə yetirir.

Bu “güc mərkəzləri” kalsium tələb edir, lakin yaşlandıqca onu əldə etmək və istifadə etmək qabiliyyəti azalır. Bu proses immun hüceyrələrində baş verdikdə, bütün bədəndə davamlı iltihaba səbəb olur.

Alimlər bu prosesin arxasında duran dəqiq molekulyar mexanizmi müəyyən ediblər.

Sadəcə olaraq kalsium preparatlarının qəbulu mitoxondriyada kalsium səviyyəsini bərpa etməyə kömək etməyəcək.

Tədqiqatçıların sözlərinə görə, bu çatışmazlığın səbəbinin aradan qaldırılması yaşlılarda xroniki iltihabı azaltmağa və onların immun funksiyasını yaxşılaşdırmağa kömək edəcək.

14.08.2023 10:52
271

(MGID): :
OXŞAR XƏBƏRLƏR