Teleaparıcı, Azərbaycan Respublikasının Əməkdar artisti Nailə İslamzadə maraqlı açıqlaması ilə diqqət çəkib.
İTV-nin səhər efirində qonaq olan aparıcı yaşlı və gənc nəsil barədə fikirlərini bölüşüb.
"Böyüklərə hörmət edilməməlidir, onlar o hörməti özü qazanmalıdır", deyən Əməkdar artist bu sözlərini yaşlı nəsil gənclərə nümunə olmalıdır fikirləri ilə əsaslandırıb. Ancaq bundan sonra özünə hörmət gözləmək lazım olduğunu deyən aparıcının düşüncələri müsbət qarşılanıb. (milli.az)