64da6628257e5202308233640
Yatmazdan əvvəl bunları edin ki...
Yuxusuz qalmaq istəmirsinizsə, tez yatın. Yox əgər, nəinki tez, ümumiyyətlə yata bilmirsinizsə, bəzi proseduraları yerinə yetirməklə yuxuya getməyinizi asanlaşdıra bilərsiniz. Yatmazdan öncə əvvəlcə efir yağları ilə vanna qəbul etməyi tövsiyə edirik. Efir yağları arasında çobanyastığı və lavanda daha məsləhətdir. Bu prosedur bədəninizə rahatlıq gətirib, yorğunluğunuzu çıxaracaq. Qeyd edək ki, su nə çox isti, nə də çox soyuq olmalıdır. Yoxsa, əks nəticə göstərə bilər.

Vannadan sonra üzünüzü masaj edın. Bunun üçün xüsusi maska köməyiniz olacaq: iki xörək qaşığı zeytun yağı, 1-2 damcı darçın yağı, 2-3 damcı çobanyastığı yağı, 1-2 damcı adaçayı (şalfey)yağı.

Masajı bu qaydada aparın:

Əlinizi alnınıza qoyub mərkəzdən kənarlara doğru hərəkət etdirin. Göz ətrafınızı yumşaq əl hərəkətləri ilə ovuşdurun. Belə masaj hərəkətləri nəinki immuniteti gücləndirir, hətta qırışlarla mübarizədə də kömək edir.

Yatmazdan öncə otlardan dəmlənmiş çay için. Tərkibinə süd də qatın. Bal, qənd, şəkər tozu məsləhət deyil.

Yatağa uzananda bir-iki dəfə dərindən nəfəs alın.
14.08.2023 21:34
713

(MGID): :
OXŞAR XƏBƏRLƏR