64d7ce9038a76202308232520
Yatmazdan əvvəl bunları yeməyin. FAYDALI MƏLUMAT!

Gün ərzində son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.

Həmçinin şam yeməyi daha azkalorili olmalıdır. Axşam saatlarında insan daha az hərəkət edir, dincəlir ki, bunun nəticəsində qida ilə aldığımız kalorilər sərf edilmir və artıq çəkinin yığılmasına səbəb olur.

Digər tərəfdən yuxu zamanı insan orqanizmində gedən bir çox proseslər, və o cümlədən həzm prosesləri, ləngiməyə başlayır. Nəticədə yatmazdan əvvəl qəbul olunmuş qida normal həzm olunmur, bağırsaqlarda çürüməyə başlayır, nəticədə orqanizmdə toksinlər və şlaklar yığılır, orqanizmdə intoksikasiya (zəhərlənmə) inkişaf edir.

Gecə saatlarında mədə, bağırsaqlar, qara ciyər dincəlir və özünü bərpa edir. Lakin əgər insan yatmazdan əvvəl çoxlu miqdarda qida qəbul edirsə (xüsusilə yağlı, qızardılmış və s. qidaları) onun mədə-bağırsaq sistemi dincələ bilmir, artıq yüklənir. Bu isə öz növbəsində müxtəlif pozulmaların inkişafına təkan verə bilər.

Yatmazdan əvvəl yağlı, qızardılmış, duzlu, şirin qidaları, kolbasa-sosis, qırmızı ət, mayonez əlavə olunmuş salatlar qəbul etmək xüsusilə tövsiyə edilmir.

Əgər aclıq sizi çox narahat edirsə, yatmazdan əvvəl 1 alma və ya portağal, 1 stəkan kefir, bioyoqurt qəbul edə bilərsiniz.

Yatmazdan əvvəl mayenin qəbulunu da məhdudlaşdırmaq lazımdır. Bu xüsusilə çay, qəhvə, digər tərkibində kofein maddəsi olan içkilərə aiddir. Kofein sinir sisteminə qıcıqlandırıcı təsir edir ki, bunun nəticəsində insanın yuxusu pozula bilər.

Bundan əlavə gecə vaxtı mayenin həddən artıq qəbulu böyrəkləri yükləyir. Bu isə gecə və səhər saatlarında arterial təzyiqinin qalxmasına səbəb ola bilər. Nəzərinizə çatdıraq ki, bu çox təhlükəlidir. İnsult və infarkt kimi ağır pozulmaların bir çox hissəsi məhc səhər saatlarında baş verir.

Bu səbəbdən yatmazdan əvvəl 100 qr adi su içmək kifayətdir. Səhər oyandıqdan sonra isə mütləq 1 stəkan su için. Bu orqanizmi oyadır, orqanizmin həzm və digər sistemlərini  işə salır.

12.08.2023 22:24
503

(MGID): :
OXŞAR XƏBƏRLƏR