64db04bd93800202308235317
Yayda məşq etmək üçün bir neçə məsləhət

Yay aylarında bir çoxumuz ya məşq etmək istəmirik, ya da isti havalarda necə məşq edəcəyimizi bilmirik. Biz də bu gün yayda məşqlərinizi axsatmamağınız üçün bir neçə məsləhəti sizinlə bölüşəcəyik.

Təbii ki, isti hava insanları gəzməyə, əylənməyə, bir çox hallarda tənbəlliyə səsləsə də, yayın dəniz mövsümü olduğunu unutmamalıyıq. Üzgüçülüklə, yaxud sörflə  məşğul olaraq, formamızı qoruya və əylənə bilərik. Əylənmək və kalori yandırmağın bir başqa alternativi isə çimərlik voleyboludur. Yay aylarınızı uyğun oyun və məşqlərlə daha əyləncəli hala gətirə bilərsiniz. Lakin bədəninizi isti və günəş şüalarından qorumaq üçün bir neçə vacib nüanslara diqqət etməlisiniz.

Geyim seçimi: açıq rəngli, təri tez əmən materiallardan olan geyimlər seçməyə diqqət edin. Həmçinin, artıq idmançıları günəşin yandırıcı və radioaktiv şüalarından qoruyan geyimlər də mövcuddur. Yay geyim seçimlərinizi onlardan yana edə bilərsiniz.

Maye qəbulu: istər məşq edin, istər etməyin maye qəbulu bütün hallarda vacib məqamdır. Məşq əsnasında və sonrasında mütləq şəkildə maye qəbul edin. Əks halda mədə bulantısı və baş gicəllənməsi hiss edəcəksiniz, bu simptomları göstərmirsizsə, maye azlığı böyrək çatışmazlığına səbəb olacaq.

Günəşdən qorunma: üzməzdən, yaxud açıq havada məşqə başlamazdan 15 dəqiqə əvvəl günəş kremlərinizi çəkməli və bu prosesi hər 2 saatdan bir təkrarlamalısınız. Yay günəşi yandırıcı olduğu üçün, maksimum kölgəli yerlərdə məşq edib, özünüzü qoruyun.

İsinmə: “onsuz hava istidir, isinməyə nə gərək var” – deyirsizsə, yanılırsız. Mövsüm fərqi olmadan, məşqə başlamazdan əvvəl, əzələlərinizi edəcəyiniz hərəkətlərə hazırlamalısınız ki, yaralanma riskiniz olmasın.

Həmçinin, məşqdən sonra, kondisionerli bina, yaxud hər hansısa bir məkana daxil olacaqsızsa, bədəninizin soyumağını gözləyin.

 Bu məsləhətlərdən əlavə, məşq edərkən, mədə bulantısı, halsızlıq, baş gicəllənməsi kimi, hallar hiss edirsizsə, mütləq şəkildə tibbi müayinədən keçməyinizi tövsiyə edirik. Mövsüm fərqi olmadan, məşqlərinizi axsatmayın, çünki idman sizi həm əyləndirir, həm sağlamlaşdırır, həm də formada saxlayır.

15.08.2023 08:50
149

(MGID): :
OXŞAR XƏBƏRLƏR