Panarama.az xarici mətbuata istinadən xəbər verir ki, dəridə melanin ifraz edən melanosit hüceyrələri dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında nə qədər uzun müddət ərzində qalarsa, melanosit hüceyrələri bir o qədər melanin ifraz edər və nəticədə isə dəri daha çox qaralar. Bəzən isə bu hüceyrələr dəridə qeyri-bərabər paylanmır və lazım olduğundan daha çox ifraz olunur. Nəticədə də ləkələr yaranır. Bəzi mütəxəssislər belə ləkələrdən qurtulmağın mümkünsüzlüyünü bildirsələr də, bunun əksini deyənlər də az deyil.
Sizə çillərlə ev şəraitində mübarizə aparmağın yollarını açıqlayacağıq.
Cəfəri kökünü qaynadaraq limon suyu ilə qarışdırın. Bu su ilə üzünüzü səhər və axşam silin.
2 x.q kök suyuna 20 damcı limon suyu əlavə edilir. Gün ərzində üz dərisi 2-3 dəfə silinir. 20 dəqiqə sonra su ilə durulanır.
Çillərdən yaxa qurtarmağın bir digər yolu isə pomidordur. Üz təmizlənərək qidalandırıcı krem çəkilir. Nazik dilimlənmiş pomidor dilimləri üzə yerləşdirilir. 30 dəqiqə sonra dilimlər götürülür və üz dərisi soyuq süddə isladılmış pambıqla silinir.
1.x.q xırda doğranmış cəfəri, 1 x.q bal ilə qarışdırılaraq dəriyə çəkilir. 45 dəqiqə sonra isə iliq su ilə yuyulur.
1 ədəd limonun suyu, 1 ədəd yumurta sarısı, 2 c.q toz şəkər və 100 ml su qarışdırılır. Bu su ilə üz dərisi 2-3 dəqiqə yüngül masaj edilir. 20 dəqiqə sonra isə iliq su ilə yuyulur. Dərisi problemli olanların bu maskadan istifadə etməsi məsləhət görülmür.