6736c8166e1f7202411240334
Yazdılar ki, qəza zamanı yanında kişi olub - Əməkdar artist

"Maşın sürməyi öyrənirdim, qəza törətmişdim, səhv anlaşıldı".

Panarama.az Titul.az-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Rühəngiz Allahverdiyeva ARB-nin efirində ilk dəfə həyat yoldaşından ayrılma səbəbi ilə bağlı danışarkən bildirib.

Xanım sənətçi qeyd edib ki, mediada guya onunla birgə qəza zamanı avtomobildə kişi "dostunun" olduğu qeyd edilmişdi:

"Amma yanımdakı xanımlar idi, elə öz incəsənət yoldaşlarımdan idi. Ev yıxmaq üçün hazırdılar. Elə yazdılar ki, elə bil mən haralarda idim... Boşanma da buna görə oldu".

15.11.2024 08:01
82

(MGID): :
OXŞAR XƏBƏRLƏR