659e1c1099caf202401242448
"Yazıq Elgiz, adam nə qədər verilişdən "fırrr" edib çıxanların ardından baxar?"

Tanınmış aparıcı İradə İsak sosial şəbəkə hesabından paylaşımı ilə Elgiz Əkbərə dəstək olub.

Panarama.az Milli.Az-a istinadla bildirir ki, o, bu gün baş tutan efirdə Flora Kərimova ilə Elza Seyidcahan arasındakı qalmaqala münasibət bildirib. Arb-nin canlı efirinin qonağı olan müğənnilər arasında gərgin anlar yaşanıb.

Həmkarının halına yanan aparıcı bunları qeyd edib:

"Yazıq Elgiz! Adam nə qədər verilişdən "fırrr" edib çıxanların ardından baxar? Ömrü belə keçdi.

Heç nə də demir ey, məlul-məlul oturub baxır. Qəşəng video-çarx yığmaq olar, o baxışlardan.

Səhərisi də təbəssümlə qarşılayır, qayıdıb gələnləri. Neynəsin, nə desin..."

10.01.2024 08:23
5998

(MGID): :
OXŞAR XƏBƏRLƏR