66ed7f684fb35202409245800
"Yeməyə görə Xalq artistlərini sıraya düzüb, üstlərinə qışqırdı... " - Almaxanımdan...

Tanınmış muğam ifaçısı Almaxanım Əhmədova Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva barəsində daha bir qalmaqallı açıqlamalar verib.

Panarama.az News365.az-a istinadən xəbər verir ki, ifaçı sosial şəbəkədə qeyd edib:

"Bir dəfə Özbəkistanda Azərbaycan Mədəniyyət günlərində idik. Bu, nazirlik xətti ilə getdiyim ilk və son səfər oldu.

Mənzərxanım Xalq artistlərini sıraya düzüb, danlayır, qışqırırdı ki, "yeməyinizi vaxtında yeyin də, mən niyə sizi burada gözləməliyəm? Niyə gecikirsiz? Xalq və əməkdar artistlər də başlarını aşağı salıb, məzlum ifadə ilə Mənzərin danlağlarını dinləyirlərdilər. Mən də qıraqdan baxıram. Özümü bir an müharibə kinolarında komandir və əsgərlər səhnəsində hiss elədim. Sanki Mənzər komandirdir, incəsənət xadimləri isə onun əsgərləri.

Ən çox da ona pis oldum ki, bu cür sənətkarlar niyə onun danlağını götürürlər?

Hətta məşqlə bağlı Mənzərxanıma bir söz də demək istəyirdim. Xalq artistlərindən biri mənə yaxınlaşdı ki, "sus, Mənzərxanım danışanda biz heç birimiz danışmırıq. Ona 10 ildən çoxdur dözürük, sən də döz. Yoxsa sənə mane olar".

Qeyd edək ki, artıq bir müddətdir tanınmış sənət adamları ilə Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva arasında qalmaqal yaranıb. Muğam ifaçıları Almaxanım Əhmədova, Pərviz Qasımov, caz ifaçısı Təranə Mahmudova, tanınmış kamança ifaçısı Şəhriyar Musayev və digərləri Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunda özbaşınalığın hökm sürdüyünü, Mənzərxanım Nurəliyevanın sənətçilərən rüşvət istədiyini bildiriblər. Nazirlik səslənən ittihamları təkzib edib.

20.09.2024 17:55
82

(MGID): :
OXŞAR XƏBƏRLƏR