Minbir dərdə dərman olan yemişan sirkəsinin unikal faydaları var. Ancaq onun hazırlanma qaydası haqqında çox az adamın məlumatı var.
Panarama.az yemişan sirkəsi haqqında vacib elementləri təqdim edir:
-Suyu təxminən 5 litr tuta bilən qaba, şüşəyə və ya bankaya qoyun.
-Yemişanları yaxşıca yuyun. Sonra artıq suyu boşaldın və qurudun.
-Artıq sudan təmizlənmiş yemişanları içi su ilə dolu qaba qoyun. Alma dilimləyin və əlavə edin.
-İçərisinə duz, şəkər və sirkə əlavə edib möhkəm bağlayın.
-Qarışığı yaxşıca çalxalayın, möhkəm bağlandığından əmin olun.
-Gün işığı olan otaqda, səhər və günorta arasında günəş işığı altında, digər saatlarda isə günəş işığından uzaq, sərin və quru bir mühitdə mayalanmasına icazə verin.
-Sirkəniz təxminən 10 günlük fermentasiyadan sonra hazır olacaq.
-Mayalanmış yemişan sirkənizi süzgəcdən istifadə edərək süzün.
-Gün işığından uzaq, sərin və quru yerdə saxlayaraq istədiyiniz kimi istehlak edə bilərsiniz./saglamolun.az