653d0586285b1202310235846
Yeni aldığım maşınla qürur duyuram - Millət vəkili

Paytaxtımız Bakı həqiqətən yüklənib və bunu heç kim inkar etmir. Paytaxtda olan sıxlıq hamımıza bəllidir, tıxaclarda qalan maşınlar ekologiyaya böyük ziyan vurur.

Panarama.az Gundem.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanov Yenipress.az-a geniş müsahibəsində deyib.

O bildirib ki, bu yaxınlarda elektromobil alıb:

“İnanın, hər dəfə mən o maşına minib işə gedib-gələndə qürur hissi yaşayıram ki, bu gün mənim minik vasitəm ekologiyaya ziyan vurmadı. Onu da deyim ki, ölkədə və paytaxtda elektromobillərin sayı çoxalıb, hətta 2025 və 2026-cı illərdə əksəriyyət sürücünün elektomobil istifadə edəcəyinə inanıram”.

28.10.2023 16:57
487

(MGID): :
OXŞAR XƏBƏRLƏR