Prezident İlham Əliyevin imzaladığı sərəncamla Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Panarama.az Trend-ə istinadən xəbər verir ki, F.Əliyev bundan əvvəl uzun illər ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.
Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub.
1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.
1988-1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.
1991-1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993-2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
2004-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışıb və bu ilin mart ayında vəzifədən azad edilib.