Yeni nəsil mobil telefon ,yeni texnologiya

Çin telekommunikasiya avadanlığı istehsalçısı Huawei şirkəti peyk rabitəsini təmin edən yeni Mate-50 telefon seriyasını təqdim etdi. Yeni model smartfonun xüsusiyyətləri şirkətin baş qərargahının yerləşdiyi Quandun əyalətinin Sincan şəhərində keçirilən tədbirdə açıqlanıb. Tədbirdə məlumat verilib ki, yeni nəsil Mate-50 seriyalı smartfonlar qlobal mövqeləşdirmə xidmətləri göstərən Çinin Beidou peyk şəbəkəsinə qoşularaq məkanları və mesajları paylaşa biləcəklər.