661d4cbcc05bc202404245020
Yeni qayda - boşanmaq istəyənlər rüsum ödəməli olacaq

Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrində dəyişiklik edilir.

Panarama.az xəbər verir ki, bu barədə məsələ "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur.

Yeni maddəyə əsasən, bu rüsumun 15 dollar olması təklif edilir.

Belə ki, rüsum məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına (qeydiyyat "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə) görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən) ödənilir./milli.az

15.04.2024 19:48
345

(MGID): :
OXŞAR XƏBƏRLƏR