66f0b52d4ebb6202409242413
Yevlaxda 39 yaşlı kişinin ölümünə sevgilisi səbəb olub?... VİDEO

Yevlax sakininin avtomobillə qəsdən adam vurmasının detalları məlum olub.

Belə ki, aralarında baş verən mübahisə nəticəsində 1981-ci il təvəllüdlü, rayon sakini Zamin Cavadov 1985-ci il təvəllüdlü Elvin İbrahimovu avtomobillə vuraraq öldürüb.

Mərhumun bacısı Bahar Sərdarova qətl hadisəsinin qadına görə baş verdiyini bildirib:

"Hadisə ilə bağlı işdə olarkən eşitdim. Elvinin evli olduğunu bilsə də, ondan əl çəkmirdi. Elvin onunla ayrılmaq istədiyini deyən də, qız ona "səni öldürəcəyəm" deyib".

Elvin İbrahimovun bibisi Dursun Atakişiyeva da deyilənləri təsdiq edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən Zamin Cavadov həbs edilib.

Qeyd edək ki, Elvin taksi sürücüsü kimi fəaliyyət göstərib və iki övladı olub.

Ətraflı Baku TV-nin süjetində:


23.09.2024 04:22
72

(MGID): :
OXŞAR XƏBƏRLƏR