650b06f87ed18202309235136
Yevlaxda baş tutacaq görüşün məqsədi AÇIQLANDI

Azərbaycanın mövqeyi bəllidir, dəfələrlə Prezident Administrasiyası səviyyəsində bəyan edilib.

Panarama.az Metbuat.az-a istinadən  bildirir ki, bunu jurnalistlərə açıqlamasında sabah Yevlaxda Qarabağın erməni sakinlərin nümayəndələri ilə görüşlə bağlı sualı cavablandıran Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, Prezident Administrasiyası tərəfindən bir daha da bəyan edildi ki, əldə olunmuş razılaşmanın tərkib hissəsi olaraq erməni qoşunlarının və Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistanın silahlı qüvvələrin tam tərksilah edilməsi, döyüş mövqelərindən və postlardan çıxaraq silahlarını yerə qoyması prosesinin tərkib hissəsi olaraq biz reinteqrasiya modelinin vacib elementi kimi mülki əhalinin nümayəndələri ilə Yevlax şəhərində görüşməyə hazır olduğumuzu bir daha bəyan etmişik:

“Bu, Azərbaycanın təşəbbüsüdür. Bu təşəbbüsü bir neçə ay əvvəl də yerinə yetirmək olardı. Amma onlar müxtəlif bəhanələrlə bu pozitiv gündəliyin həyata keçirilməsinə imkan vermirdilər”.

20.09.2023 18:50
350

(MGID): :
OXŞAR XƏBƏRLƏR