64dbbab666837202308234942
Yıldız Tilbe parikini çıxardı - Video

Sosial media səhifəsində paylaşımları ilə tez-tez gündəm olan türkiyəli sənətçi Yıldız Tilbe ötən axşam İstanbulda konsert verərkən səhnə üslubu ilə yenidən diqqətləri üzərinə çəkib.

Panarama.az  "Ensonhaber"ə istinadən xəbər verir ki, imicini tez-tez dəyişən Yıldız Tilbe ötən həftələrdə saçlarını qısa kəsdirib.

Üzəri daşlarla bəzədilən qara köynək və şalvar ilə səhnəyə çıxan sənətçi mahnılarını oxuyarkən minlərlə pərəstişkarının gözü qarşısında parikini çıxarıb. Qısa saçlarını nümayiş etdirən məşhur sənətçi izləyiciləri tərəfindən alqışlarla qarşılanıb.


15.08.2023 21:47
166

(MGID): :
OXŞAR XƏBƏRLƏR