Soyuq qış aylarında pişiklər isti yer axtarırlar. Adətən onlar üçün belə yerlərdən biri avtomobil mühərrikinin daxili hissəsidir. Panarama.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin paylaşdığı məlumatda bildirilib. Qeyd olunub ki, çöldə yaşayan pişiklər və kiçik heyvanlar üçün rahat yataq yeri tapmaq o qədər də asan deyil. Ona görə də pişiklərə daha çox avtomobil mühərriklərində rast gəlinir. "Diqqətli olaq ki, həmin avtomobil işə salındıqda kiçik dostlarımıza xəsarət yetirməyək”, - məlumatda vurğulanıb.